...

Ermənistan hökuməti səhiyyə nazirindən qurtulmaq istəyir

Dünya xəbərləri Materials 31 İyul 2024 12:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan hökuməti Səhiyyə nazirinin dəyişdirilməsini müzakirə edir.

Trend xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına əsasən, hökumət indiki nazir Anait Avanesyanı onun müavini Levon Akopyanla əvəzləmək istəyir. Bu, hökumətin indiki nazirdən çox narazı olması ilə izah edilir.

Nazirliyin mətbuat katibi bildirib ki, belə məlumata malik deyil və qurumda iş adi rejimində davam edir.

Maraqlıdır ki, Levon Akopyan 2019-cu ilin martında nazir müavini təyin olunsa da, həmin ilin dekabrında vəzifəsindən azad edilib. O, ikinci dəfə bu vəzifəyə 2024-cü ilin martında təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti