Bakı. Trend:
Avqustun 2-də Türkiyədə bir günlük matəm elan edilib.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında məlumat yayıb.
“Fələstin davasına dəstəyimizi və fələstinli qardaşlarımızla həmrəyliyimizi nümayiş etdirmək üçün HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin şəhid olması ilə əlaqədar bir günlük milli matəm elan edildi”, - Ərdoğan sosial şəbəkə hesabında yazıb.