...

Türkiyə ordusu İraq və Suriyanın simalında 8 terrorçu zərərsizləşdirib

Dünya xəbərləri Materials 4 Avqust 2024 20:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın simalında 8 terrorçu zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Nazirlik bildirib ki, Türkiyə ordusu İraqın şimalındakı Hakurk bölgəsində 4 PKK terrorçusunu, Suriyanın şimalında isə "Fərat Qalxanı" bölgəsində 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Qeyd olunub ki, bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatlar qətiyyətlə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti