Bakı. Trend:
Fələstinin Qəzza zolağındakı HƏMAS radikal hərəkatının lideri Yəhya Sinvar təşkilatın Siyasi Bürosunun rəhbəri vəzifəsinə seçilib.
Trend-in məlumatına görə, müvafiq açıqlama hərəkatın teleqram kanalında dərc olunub.
“Hərəkatın siyasi bürosunun rəhbəri vəzifəsinə mərhum İsmayıl Haniyənin yerinə Yəhya Sinvar seçilib,” - sənəddə deyilir.
Xatırladaq ki, HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra İsrailin onun Tehrandakı iqamətgahına endirdiyi zərbə nəticəsində öldürülüb.