Bakı. Trend:
Bu həftə İtaliya ərazisində ilin ən isti həftəsonu olacağı gözlənilir.
Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, meteoroloqlar havanın temperaturunun bazar gününə qədər bir neçə dərəcə yüksələcəyini bildiriblər.
Şimal regionlarında temperatur 40 dərəcəyə çatacaq, cənubda isə 42-43 dərəcəni ötəcək. Qızmar istilər ən azı yeddi gün davam edəcək.
Mütəxəssislər günvurma və istivurma hallarına qarşı əhaliyə xəbərdarlıq edib.