...

İsrail Qəzzanın cənubunda Xan-Yunis əməliyyatına başladığını elan etdi

Dünya xəbərləri Materials 9 Avqust 2024 15:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Xan-Yunis bölgəsində terrorçuların olduğunu göstərən kəşfiyyat məlumatlarını aldıqdan sonra əməliyyata başlayıblar.

Trend xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə İsrail ordusu məlumat verib.

"Qoşunlar həm yerüstü, həm də yeraltı döyüş əməliyyatları aparır, sursat və terror obyektləri aşkar edilərək məhv edilir", - deyə məlumatda bildirilib.

Bundan əlavə, qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri Xan-Yunisdə HƏMAS-ın 30 hədəfinə zərbələr endirib, hücuma məruz qalan hədəflər arasında silah anbarları və terrorçuların toplaşdığı yerlər də olub.

Xəbər lenti

Xəbər lenti