...

“TikTok” Venesuela Prezidentinə bir həftə ərzində yayıma icazə verməyəcək

Dünya xəbərləri Materials 13 Avqust 2024 05:02 (UTC +04:00)
“TikTok” Venesuela Prezidentinə bir həftə ərzində yayıma icazə verməyəcək

Bakı. Trend:

“TikTok” sosial şəbəkəsi Venesuela Prezidenti Nikolas Maduronu bir həftəlik yayım imkanından məhrum edib.

Trend-in məlumatına görə, bu bu barədə Maduro Venesuela Dövlət və Təhlükəsizlik şuralarının birgə iclasında bildirib.

"TikTok” mənim yayım imkanımı avqustun 19-dək dayandırdı", - deyə o qeyd edib.

Xatırladaq ki, avqustun 3-də Venesuela lideri bu sosial şəbəkəni ölkədə nifrətin qızışdırılmasında ittiham edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti