Bakı. Trend:
Rusiya strateji tərəfdaşlarına “İsgəndər” raket sistemlərini tədarük etməyə hazırdır.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bunu “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev “Ordu-2024” beynəlxalq hərbi-texniki forumunda deyib.
Onun sözlərinə görə, şirkət artıq bu yüksək texnologiyalı silahların tədarükü üçün müraciətlər qəbul edir və maraqlı ölkələrlə əməliyyatların şərtlərini müzakirə etməyə hazırdır.
Qeyd edək ki, avqustun 12-dən 14-dək Rusiyanın Moskva vilayətində keçirilən “Ordu-2024” Beynəlxalq Hərbi-Texniki Forumunda 83 dövlətin nümayəndə heyəti iştirak edir.
Bildirilib ki, 83 ölkədən gələn nümayəndə heyətinin 39-na müdafiə nazirləri və Baş Qərargah rəisləri rəhbərlik edir.
Forumda Belarus, İran, Hindistan və Çinin müdafiə sənayesi müəssisələrinin ekspozisiyaları və fərdi stendləri nümayiş etdiriləcək. Bundan əlavə, tədbirdə 120-dən çox xarici şirkətin təmsilçiləri də qatılıblar.