Bakı. Trend:
ABŞ Dövlət Departamenti Cənubi Koreyaya 36 ədəd "Apache" hücum helikopterinin və bir sıra əlaqəli komponentlərin potensial satışını 3,5 milyard dollara təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi bildirib.
Məlumata əsasən, Seul Vaşinqtondan ümumi dəyəri 3,5 milyard dollar təşkil edən 36 ədəd "AH-64E Apache" hücum helikopteri, 76 ədəd "T700-GE-701D" mühərriki, 456 ədəd "AGM-114R2" raketi, 152 ədəd "AGM-179A" hava-hava raketi, eləcə də 40 ədəd raket hücumu haqqında "AAR-57" ümumi xəbərdarlıq sistemlərini almaq üçün müraciət edib.
Agentlik ABŞ Konqresini potensial razılaşma barədə məlumatlandırıb, çünki prosedur onun təsdiqini tələb edir.