Bakı. Trend:
Qarabağda ləğv edilmiş separatçı rejimin sonuncu lideri Samvel Şahramanyana qarşı yeni cinayət işi başlanıb.
Trend xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Məlumata görə, Şahramanyan xidməti avtomobilini Ermənistan Respublikası hökumətinə təhvil vermək məcburiyyətində olsa da, onu təhvil verməyərək mənimsəyib.
İstintaq Komitəsi aydınlaşdırıb ki, müsadirə qərarı ilin əvvəlində vacib halları aşkar etmək üçün başlanmış cinayət işi ilə bağlı olub. Belə ki, Şahramanyanın mühafizəçisi Aşot Danielyan fevral ayında narkotik saxlamaq və satmaqda şübhəli bilinərək həbs edilib.