...

Britaniya Kralı Avstraliyaya səfər edəcək

Dünya xəbərləri Materials 11 Sentyabr 2024 03:58 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla Avstraliyaya rəsmi səfər edəcəklər.

Trend xəbər verir ki, Bukinqem Sarayının yaydığı məlumata əsasən, səfər oktyabrın 18-dən 26-na qədər davam edəcək. Səfər çərçivəsində Kral və Kraliça həm Avstraliya, həm də Samoada rəsmi görüşlər keçirəcəklər.

Səfər zamanı Kral III Çarlz və Kraliça Kamilla Avstraliyanın paytaxtı Kanberrada parlament binasını ziyarət edəcəklər. Burada onları Baş nazir Antoni Albanez rəsmi olaraq qarşılayacaq.

Xəbər lenti

Xəbər lenti