Bakı. Trend:
KXDR yenidən zibillə dolu olduğu ehtimal edilən hava şarlarını Cənubi Koreya istiqamətində göndərib.
Trend-in verdiyi məlumata görə, bu barədə Cənubi Koreyanın paytaxt hakimiyyəti məlumat yayıb. Seul meriyası vətəndaşlara şarlarda olan əşyalardan ehtiyatlı olmağı tövsiyə edib.
Qeyd edək ki, Şimali Koreyanın zibil şarları göndərməsi artıq tez-tez baş verən bir hadisədir. Cənubi Koreya buna cavab olaraq KXDR-ə təbliğat materialları göndərməklə qarşılıq verir.