Bakı. Trend:
“Boris” siklonu Mərkəzi Avropada güclənərək davam edir. Çexiya, Almaniya, Polşa və Rumıniya bu fırtınanın mərkəzindədir. Rumıniyada fəlakət nəticəsində artıq 5 nəfər həlak olub
Trend xarici KİV-ə istinadən bu barədə xəbər verir ki, şəhərlərdə yollar sel suları ilə dolub. Bəzi bölgələrdə suyun səviyyəsi 1 metrə qədər yüksəlib. 300-dən çox insan təhlükəsizlik məqsədilə təxliyə edilib. Yerli sakinlər burada son 60 ildə belə bir daşqının baş vermədiyini bildiriblər.