Bakı. Trend:
Venesuela məhkəməsi, Baş Prokurorluğun müraciəti əsasında, Buenos-Ayresdə yerləşən Venesuela Emtrasur təyyarəsinin ABŞ tərəfindən müsadirə edilməsi ilə bağlı Argentina prezidenti Xavyer Mileyin həbsinə order verib.
Trend xəbər verir ki, Karakas Birinci İnstansiya Məhkəməsi sentyabrın 18-də Baş Prokurorluğun vətəndaş Xavyer Mileyə qarşı həbs qətimkan tədbiri ilə bağlı təqdim etdiyi vəsatəti təsdiqləyib.
Həmin gün Venesuelanın baş prokuroru Tarek Uilyam Saab açıqlama verərək bildirib ki, Miley, onun bacısı və Prezident Aparatının baş katibi Karina Miley, eləcə də Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriçin saxlanması üçün order əldə etməyə çalışırlar.