Bakı. Trend:
Böyük Britaniya hökuməti öz vətəndaşlarını Livandan təxliyə etməyə hazırlaşır.
Trend-in məlumatına görə, bu barədə "Daily Telegraph" qəzeti xəbər verib.
Məlumata əsasən, mövzu cümə günü "Cobra" adlı fövqəladə hallar üzrə hökumət komitəsinin iclasında müzakirə edilib.
Bildirilib ki, hazırda Xarici İşlər Nazirliyi britaniyalıları təxliyə etmək üçün təyyarə icarəyə götürməyi və lazım gələrsə, krallığın Hərbi Dəniz Qüvvələrinin iki gəmisini də cəlb etməyi planlaşdırır.
Nazirlik Livandakı Böyük Britaniya vətəndaşlarına hələ də fəaliyyət göstərən kommersiya reyslərindən istifadə edərək, gecikmədən ölkəni tərk etməyi tövsiyə edir.