Bakı. Trend:
İran bu gecə İsraildən güclü zərbə gözləyir.
Trend-in məlumatına görə, bu barədə "Antikor" xəbər yayıb.
Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun ildönümünə görə İsrailin hərəkətə keçəcəyi ehtimal olunur. Bu səbəbdən İran saat 20:30-dan səhər 5:30-a qədər ərazisi üzərində mülki aviasiya uçuşlarına qadağa tətbiq edib.
İsraildə bu həftə ərzində İranın nüvə, enerji və hərbi obyektlərinə qarşı mümkün hücum ssenariləri müzakirə edilib. İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon bildirib ki, konkret yer və cavab metodunun seçilməsi üzərində hələ də müzakirələr aparılır.
ABŞ və Rusiyadan çəkindirici siqnallar verilsə də, onların İsrailin planlarına təsir edib-etməyəcəyi hələlik məlum deyil.