Bakı. Trend:
Fransa Milli Assambleyasının (Fransa parlamentinin aşağı palatası) binasını güclü yağış səbəbindən su basıb.
Trend xəbər verir ki, bu barədə Fransa KİV məlumat yayıb.
Qeyd edilib ki, su basması səbəbindən parlament üzvləri və onların köməkçiləri təcili təxliyə edilib.
Bu, parlamentin fəaliyyətini çətinləşməsinə səbəb olub.
Bildirilib ki, Parisdə "Kirk" siklonu səbəbindən ekstremal ("narıncı") hava təhlükəsi səviyyəsi elan edilib. Şəhər administrasiyası sakinləri sel təhlükəsi, elektrik şəbəkəsində problemlər və nəqliyyat çətinlikləri barədə xəbərdar edib.
Meteoroloji şəraitin pisləşməsi səbəbindən hakimiyyət maksimum ("qırmızı") təhlükə səviyyəsinin tətbiq edilə biləcəyini bildirib.