...

Gürcü müxalifətinin 1000 larilik təqaüdlə bağlı seçki vədi yalan və blefdir - Kaxa Kaladze

Dünya xəbərləri Materials 15 Oktyabr 2024 14:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tbilisi meri Kaxa Kaladze “Güclü Gürcüstan” koalisiyasının lideri Mamuka Xazaradzenin qələbə qazanacağı təqdirdə seçicilərə vəd etdiyi 1000 lari pensiya təyinatı ilə bağlı seçki vədini yalan adlandırıb.

Trend Gürcüstanın Birinci kanalına istinadən xəbər verir ki, o, müvafiq suala cavabında qeyd edib ki, oxşar halda qeyd olunan məbləğ hansısa istiqamətdən tutulmalıdır ki, bu da inandırıcı deyil.

"Bu da anlaşılmazdır. Yadımdadır, bu vədi ilk dəfə səsləndirəndə telekanalların birində debatlar olmuşdu. Digər tərəfdən, səhv etmirəmsə, “Qirçi”nin təmsilçisi də var idi. Orada insanları necə aldatdıqları tam bir şəkildə göründü. Elementar riyaziyyatı bilmirdilər, nə vəddən, hansı 1000 larilik pensiyadan danışılır?! Bu adi blef, yalan və cəfəngiyyatdır. Onların 1000 lari pensiya təyin etmək niyyətləri ilə bağlı heç bir arqumentləri yoxdur. Bu ki inanılmazdır?! O zaman vəsaitlər müəyyən bir yerdən tutulmalıdır və haradan tutulduğu da deyilməlidir. Səhiyyədən mi tutulacaq? İnfrastrukturdan mı tutulacaq? Hansı istiqamətdən tutulacaq? İnandırıcı deyil", – deyə Kaxa Kaladze bildirib.

Xəbər lenti

Xəbər lenti