Bakı. Trend:
Venesuelanın Zulia ştatında dövlətə məxsus PDVSA şirkətinə aid La Salina neft emalı zavodunda baş verən yanğın nəticəsində ən azı 21 nəfər xəsarət alıb.
Trend-in Reuters-ə istinadən verdiyi məlumata görə, yanğın neft anbarında başlayıb.
Agentlik bildirir ki, əvvəlcə tank konstruksiyası çökmüş, ardınca partlayış baş vermişdir. Yanğınsöndürmə rəisi qeyd edib ki, zərərçəkənlər əsasən yüngül xəsarət alıblar, lakin xəsarət alanların sayı arta bilər.
Hazırda PDVSA məsələ ilə bağlı rəsmi açıqlama verməyib.