Bakı. Trend:
Əfqanıstanda 5,7 maqnitudalı zəlzələ baş verib.
Trend xəbər verir ki, yeraltı təkanların episentri əhalisi 12 min nəfər olan Corm şəhərindən 40 km cənubda yerləşib.
Zəlzələnin ocağı 190 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.