Bakı. Trend:
ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, yenidən seçiləcəyi təqdirdə hazırkı prezidentin oğlu Hanter Baydenin əfv etməyi düşünəcək.
Trend-in məlumatına görə, bu barədə D.Tramp radio aparıcısı Hyu Hyuitte müsahibəsində deyib.
"Mən bunu siyahıdan çıxarmazdım", - deyə o bildirib.
O, həmçinin qeyd edib ki, 2016-cı ildə qazandığı qələbədən sonra seçkilərdəki rəqibi Hillari Klintonun cinayət məsuliyyətinə cəlb olunmasına nail ola bilərdi:
"Qərar verdim ki, bunu etmək istəmirəm. Bunun dəhşətli olacağını düşündüm".
Qeyd edək ki, iyunun 12-də ABŞ-ın Delaver ştat məhkəməsində hakimlər kollegiyası ABŞ Prezidenti Co Baydenin oğlu, 54 yaşlı Hanteri silah alışı məsələsində təqsirli bilib. O, 2018-ci ildə odlu silah alarkən narkotik maddə qəbul etməməsi ilə bağlı yalan danışmaqda təqsirləndirilir. Federal məhkəmə Hanter Baydenin həbsini dekabrın 4-nə kimi təxirə salıb.