Bakı. Trend:
Noyabrın 3-nə keçən gecə Hamburqda ticarət mərkəzində baş verən yanğın nəticəsində 30-a yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Trend xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti məlumat yayıb.
Yanğın Volksdorf rayonunda, yalnız ticarət obyektlərinin deyil, həm də yaşayış mənzillərinin yerləşdiyi Weibe Rose ticarət mərkəzinin ərazisində başlayıb. Güclü tüstü səbəbindən mağazaların üstündəki mərtəbələrdə yaşayan insanların təxliyəsi qərara alınıb. Qəzetin verdiyi məlumata görə, sakinlərin əksəriyyəti xəsarət almasa da, bəziləri yüngül xəsarətlər alıblar.
Fövqəladə hallar xidmətinə yanğın barədə gecə yarısı məlumat daxil olub. Alov "Block House" steykhausunun fasadına ciddi ziyan vurub, antenatal klinika isə tamamilə yanıb. Qəzet qeyd edir ki, maddi ziyanın məbləği hələ müəyyən edilməyib.
Hazırda faktla bağlı araşdırma aparılır. Yanğının səbəbi hələlik məlum deyil, lakin qəzet yanğının istisna edilmədiyini vurğulayır.