...

ABŞ-da güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 5 Dekabr 2024 23:11 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında 7 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 12 min nəfərin yaşadığı Fortuna şəhərindən 56 km cənub-qərbdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

ABŞ Milli Okean və Atmosfer İdarəsi zəlzələdən sonra ABŞ-ın qərb sahillərində sunami təhlükəsi elan edib. Xəbərdarlıq Şimali Kaliforniyaya, o cümlədən San-Fransisko şəhərinə, eləcə də qonşu Oreqon ştatının sahillərinə aiddir.

Xəbər lenti

Xəbər lenti