Bakı. Trend:
İtaliya "Vega-C" daşıyıcı raketi ilə "Sentinel-1C" Yerin müşahidə peykini orbitə çıxarıb.
Trend-in məlumatına görə, "Vega-C" daşıyıcı raketi Cənubi Amerikanın şimal-şərqində, Fransız Qvianasının Kuru kosmodromundan buraxılıb. "Sentinel-1C" Avropa İttifaqının kosmik proqramının Yerin müşahidəsi komponenti olan "Kopernik"in bir hissəsidir. Peyk Avropa Kosmik Agentliyi (ESA), "Avio" və "Thales Alenia Space" şirkətlərinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib.