...

Almaniyanın ifrat sağçı partiyasının Kanslerliyə namizədi məlum olub

Dünya xəbərləri Materials 8 Dekabr 2024 07:31 (UTC +04:00)
Almaniyanın ifrat sağçı partiyasının Kanslerliyə namizədi məlum olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın ifrat sağçı partiyası olan Almaniya üçün Alternativ (AfD), fevralın 23-də keçiriləcək parlament seçkilərinə hazırlıq çərçivəsində ilk dəfə olaraq Kansler vəzifəsinə namizədi müəyyənləşdirib.

Trend yerli mediaya istinadla xəbər verir ki, AfD-nin həmsədri, 45 yaşlı Alis Vaydel, partiyanın idarə heyəti tərəfindən yekdilliklə qəbul edilən qərarla Kansler vəzifəsinə namizəd olub. A. Vaydel və digər həmsədr Tino Krupalla, bu qərarı dekabrın 7-də AfD-nin ofisində keçirilən mətbuat konfransında açıqlayıblar.

Son rəy sorğularına əsasən, AfD-nin reytinqi 19 faiz olaraq qiymətləndirilir. Bu göstərici Birlik (CDU-CSU) partiyasının 32 faiz reytinqindən geri qalır. A.Vaydel, namizədliyini məhz bu rəqəmlərə əsaslanaraq belə izah edib: "Biz ölkənin ikinci ən böyük siyasi qüvvəsiyik, hökumətə iddiamız məhz bu göstəricidən irəli gəlir."

Bununla belə, A.Vaydelin kansler vəzifəsinə seçilmə şansı olduqca azdır. Çünki digər bütün siyasi partiyalar AfD ilə əməkdaşlıqdan imtina ediblər.

Xəbər lenti

Xəbər lenti