Bakı. Trend:
Suriyanın Müxalif və İnqilabçı Qüvvələrin Milli Koalisiyası ölkədə inklüziv keçid hökuməti yaratmaq niyyətini açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə koalisiyanın "X" sosial şəbəkəsində yayımlanan bəyanatında bildirilib.
"Koalisiya istisnasız olaraq bütün milli qüvvələrin iştirakı ilə keçid hökumətinin <...> formalaşdırılması üzərində işlədiyini təsdiq edir", - deyə qeyd olunub.
Ona “tam icra səlahiyyətləri” veriləcəyi qeyd olunub.