Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İtaliyanın Baş naziri Ciorcia Meloni arasında telefon danışığı baş tutub.
Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, tərəflər arasında regional və qlobal məsələlər, eyni zamanda Suriyadakı son hadisələri müzakirə edilib.
Telefon danışığı zamanı Ərdoğan Türkiyənin sülh, azadlıq, dialoq tərəfdarı olduğunu, Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb.