Bakı. Trend:
2024-cü ilin yanvar – dekabr aylarında Türkiyədən Qırğızıstana dəri ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz artaraq, 14 milyon 826 min 77 dollara bərabər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“2024-cü ilin dekabr ayında Türkiyədən Qırğızıstana 929 min 5 dollar məbləğində dəri ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 5,4 dəfə çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz azalaraq, 1 milyard 526 milyon 663 min dollara bərabər olub.
“Keçən ilin dekabr ayında Türkiyə 110 milyon 163 min dollar məbləğində dəri ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 4,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 1 milyard 526 milyon 663 min dollar məbləğində dəri ixrac edib.