Bakı.Trend:
Fələstinin HƏMAS hərəkatı yanvarın 25-ə kimi daha dörd israilli əsiri azad etməlidir. Qəzzada atəşkəs rejiminin tətbiqi və əsirlərin azad edilməsini nəzərdə tutan sazişin şərtlərinə əsasən, azad ediləcək əsirlərin adları yanvarın 24-ü İsrail tərəfinə təqdim olunacaq.
Trend xəbər verir ki, bu barədə rus KİV-ləri İsrail səfirliyinə istinadən məlumat yayıb.
“Yanvarın 25-də HƏMAS daha dörd qadını azad etməlidir. Razılaşmanın şərtlərinə görə onların adları sabah təqdim olunacaq”,- məlumatında qeyd olunur.
Qeyd edək ki, yanvarın 15-da Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə Dohada İsrail və HƏMAS arasında Qəzzada atəşkəs rejiminin tətbiqi və əsirlərin azad edilməsi ilə bağlı razılaşma əldə olunub. Barışığın birinci mərhələsi 42 gün davam edəcək və bu müddət ərzində HƏMAS 33 İsrailli əsiri azad etməyi öhdəsinə götürüb. Əvəzində isə İsrail tərəfi fələstinli məhbusların bir qismini azad edəcək.