Bakı. Trend:
Tayvanda 5,2 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 771 min nəfərlik əhalisi olan Tainan şəhərindən 43 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 16 km dərinlikdə olub.
Hazırda tələfat və dağıntılarla bağlı məlumat verilmir.