Bakı. Trend:
BMT-nin Livan üzrə Xüsusi Koordinatoru Janin Hennis-Plassxart və BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) komandanı general Froldo Lasaro Saens İsrailin sərhəd bölgələrini atəşə tutması nəticəsində mülki əhalinin itkiləri ilə bağlı narahatlığını ifadə edib.
Trend-in məlumatına görə, bu barədə onların "X" sosial şəbəkəsində yayılan birgə bəyanatında bildirilib.
"Biz İsrail əsgərlərinin hələ də olduğu şəhər və kəndlərə mülki əhalinin gəlməsi ilə bağlı xəbərlərdən narahatıq. 60 günlük atəşkəs razılaşmasında nəzərdə tutulan müddətə əməl edilmədiyindən onların sərhədboyu ərazilərə təhlükəsiz qayıtması üçün şərait yaradılmayıb", - deyə qeyd olunub.
Bəyanatda qeyd olunub ki, BMT sülhməramlıları Livan silahlı qüvvələrinin tələbi ilə hadisələrin baş verdiyi və mülki əhali arasında itkilərin olduğu bölgələrə göndərilib.
"Vəziyyətin pisləşməməsini qarşısını almaq vacibdir və biz əhalini Livan Ordu Komandanlığının həyatlarını qorumaq məqsədi daşıyan göstərişlərinə əməl etməyə çağırırıq", - deyə bildirilib.