...

ABŞ bu ölkələri sanksiyalarla hədələdi

Dünya xəbərləri Materials 27 Yanvar 2025 14:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Konqresi Amerikadan deportasiya olunan mühacirləri qəbul etməkdən imtina edən ölkərə qarşı bir sıra sanksiyalar və sərt ölçülər qəbul etməyə hazırdır.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu haqda ABŞ konqresinin nümayəndələr palatasının spikeri Mayk Conson deyib.

“Kolumbiya və yerdə qalan bütün ölkələrin xəbəri olsun ki, Konqres ABŞ-də qanunsuz yolla yaşayan vətəndaşlarını qəbul etməklə bağlı tələbləri yerinə yetirməyə və bu istiqamətdə tam əməkdaşlıqdan imtina edən ölkələrə qarşı sanksiyaları və digər ölçüləri təsdiqləməyə tam hazırdır”, - Conson qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Kolumbiya hökuməti ABŞ-dən deportasiya olunmuş kolumbiyalı mühacirləri daşıyan təyyarələri qəbul etməkdən imtina etmişdi. Bunun əvəzində Tramp administrasiyası Kolumbiyadan idxal olunan mallara 25% civarında gömrük rüsumu tətbiq etməklə hədələmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti