...

Konqo Demokratik Respublikasında döyüşlər nəticəsində 17 nəfər həlak olub

Dünya xəbərləri Materials 28 Yanvar 2025 00:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Qoma şəhərində Konqo ordusu ilə “23 Mart Hərəkatı” (M23) üsyançı qrupu arasında başlanan döyüşlərdə azı 17 nəfər həlak olub, 367 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, bu barədə “Agence France-Presse” şəhər xəstəxanalarından əldə etdiyi məlumatlara istinad edib.

Şəhərdəki cərrahlar, yaralıların böyük axını ilə mübarizə aparmaq üçün gecə-gündüz işləyirlər, çünki döyüş əməliyyatları davam edir. Həkimlər, yaralıların xilas edilməsi üçün şəhər sakinlərini qan verməyə çağırır. Ölənlərin və yaralıların sayı barədə hələ ki, rəsmi məlumat yoxdur.

Qoma şəhəri, 2 milyon əhalisi olan Şimali Kivu əyalətinin inzibati mərkəzidir.

Xəbər lenti

Xəbər lenti