...

Konyada dörd nəfərin cəsədi tapılıb

Dünya xəbərləri Materials 28 Yanvar 2025 06:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Konya şəhərindəki Səlcuqlu rayonunda bir mənzildə dörd nəfərin cəsədi tapılıb.

Trend “Anadolu”ya istinadən xəbər verir ki, hadisə ilə bağlı polisə məlumat verildikdən sonra hadisə yerinə gələn polis əməkdaşları 38 yaşlı qadın (ana), 45 yaşlı kişi (ata) və onların iki oğlunun meyitlərini aşkar ediblər.

İlkin ehtimallara görə, oğullardan biri, ailə üzvlərini öldürüb, sonra isə intihar edib. Konya valisinin bəyanatına əsasən, hadisə yerində dörd cəsəd tapılıb və bu hadisə ailə qətli olaraq qiymətləndirilir. Hadisə təxminən saat 19:50-də (Bakı vaxtı ilə 20:50-də) baş verib.

Xəbər lenti

Xəbər lenti