...

Özbəkistan və Avropa Şurası yeni əməkdaşlıq sazişi imzalayacaq

Dünya xəbərləri Materials 28 Yanvar 2025 07:04 (UTC +04:00)
Özbəkistan və Avropa Şurası yeni əməkdaşlıq sazişi imzalayacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan və Avropa Şurası 2025-ci ildə genişləndirilmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalamaq niyyətindədir.

Trend xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Antonio Kosta, Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə telefon danışığı apararkən bildirib.

Kosta qeyd edib ki, sazişin imzalanması, regionlar arasında əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq. O, həmçinin Şavkat Mirziyoyevin 2025-ci ildə Brüsselə səfər edərək bu mühüm sənədi imzalayacağına ümid etdiyini bildirib.

Telefon danışığı zamanı, apreldə Səmərqənddə keçiriləcək Mərkəzi Asiya-Avropa İttifaqı birinci sammitinə hazırlıq işləri də müzakirə edilib. Kosta vurğulayıb ki, bu sammit, Aİ ilə Mərkəzi Asiya arasında əlaqələri gücləndirmək və əməkdaşlığın yeni yollarını tapmaq üçün mühüm fürsət olacaqdır.

Liderlər həmçinin, beynəlxalq gündəliyi, regional əməkdaşlıq məsələlərini və gələcək birgə planları müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti