...

Qazaxıstan şist neftinin hasilatına başlayacaq

Dünya xəbərləri Materials 28 Yanvar 2025 11:39 (UTC +04:00)
Qazaxıstan şist neftinin hasilatına başlayacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanda şist neftinin hasilatına 2025-ci ildə başlamaq planlaşdırılır.

Trend Qazaxıstan KİV-lərinə istinadən xəbər verri ki, bu barədə Qazaxıstanın baş naziri Oljas Bektenov açıqlama verib.

“İlk şist neftin əldə olunması bu il gözlənilir”, - deyə Bektenov bildirib və neft-qaz sektorunda investisiyaların cəlb edilməsi üçün əlavə stimulların yaradılacağını əlavə edib.

Qazaxıstan iqtisadiyyat nazirliyinin məlumatına görə, ölkənin 2024-cü ilin yekunları üzrə illik neft hasilatı 87.8 milyon ton neft təşkil edib. Bu öncəki təqvim ili ilə müqayisədə 2 faiz daha azdır. Neft hasilatının azalması iri yataqlarda aparılmalı olan genişmiqyaslı təmir işlərinə də təsirsiz ötüşməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti