...

Türkiyənin yanvar ayında xalça ixracı azalıb

Dünya xəbərləri Materials 5 Fevral 2025 11:00 (UTC +04:00)

Bakı. Trend:

2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına xalça ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 3,9 faiz azalaraq, 226 min 697 dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 2 milyon 857 min 807 dollar məbləğində xalça ixrac edib.

Qeyd edək ki, keçən ilin dekabr ayında Türkiyə 247 milyon 411 min dollar məbləğində xalça ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 3,2 faiz azdır.

Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq, 2 milyard 867 milyon 477 min dollara bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti