...

Pentaqon bütün amerikalı hərbçiləri Suriyadan çıxarmağa hazırlaşır – KİV

Dünya xəbərləri Materials 5 Fevral 2025 14:52 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılması ilə bağlı plan hazırlayır.

Trend xəbər verir ki, bu haqda NBC federal hökumətdən olan iki ayrı mənbəyə istinadən məlumat yayıb.

Onların bildirdiyinə görə, ABŞ prezidenti Donald Tramp və ona yaxın olan administrasiya nümayəndələri hərbi kontingentin tam olaraq Suriyadan çıxarılmasına maraq göstərib.

Bununla əlaqədar Pentaqon bu prosesin 30, 60 və ya 90 gün ərzində həyata keçirilməsinə dair planlar hazırlamağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti