...

Tramp USAID-i saxtakarlıq və korrupsiyada ittiham edib

Dünya xəbərləri Materials 8 Fevral 2025 01:28 (UTC +04:00)
Tramp USAID-i saxtakarlıq və korrupsiyada ittiham edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ABŞ Federal Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini sərt tənqid edərək onu saxtakarlıq və korrupsiya ilə əlaqələndirib.

Trend xəbər verir ki, Tramp bu fikri Ağ Evdə Yaponiyanın Baş naziri Siqeru İşiba ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

"USAID-ə baxanda görürəm ki, bunların hamısı fırıldaqdır. Bu təşkilatın vəsaitlərinin çox az hissəsi həqiqətən yaxşı məqsədlərə yönəlib. Onun büdcəsindəki hər bənd ya korrupsiya, ya da gülünc bir şeydir", – Tramp vurğulayıb.

Qeyd edək ki, fevralın 3-də ABŞ administrasiyası USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb.

Xəbər lenti

Xəbər lenti