Bakı.Trend:
Avstraliyanın Tasmaniya əyalətində 150-dən çox kiçik orka (Pseudorca crassidens - lat.) Artur River yaxınlığında yerləşən çimərlikdə çıxılmaz vəziyyətdə qalıb.
Trend BBC-yə istinadən xəbər verir ki, bu barədə Tasmaniyanın Təbii Sərvətlər və Ekologiya Departamenti məlumat yayıb.
Hadisə yerinə axışan ətraf mühit fəalları və baytarlar orkaları xilas etməyə çalışsalar da, onların 60-dan çoxu artıq tələf olub. Ekspertlər sağ qalanların dərin sulara qaytarılmasının həlli yollarını axtarır.
Qeyd edək ki, Avstraliyanın Tasmaniya sularında orkaların sahillərə kütləvi axını sonuncu dəfə azı 50 il əvvəl müşahidə olunub.