Bakı.Trend:
“Apple” korporasiyası Rusiyadan olan developerlərin “Apple Developer Enterprise Program” (ADEP) platformasına çıxışına naməlum müddətə məhdudiyyət qoyub.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, rusiyalı developerlər artıq adıçəkilən platformada olan korporativ tətbiqlərdən yararlana bilməyəcəklər.
“Touch İnstinct” rəbhəri Dmitriy Kostin bildirib ki, fevralın 12-dən etibarən proqramla əlaqəli bütün məlumatlar silinib və artıq ondan istifadə etmək olmur.