Bakı. Trend:
Böyük Britaniya hökuməti Rusiyaya qarşı növbəti sanksiyalar paketi çərçivəsində sözügedən ölkəınin vətəndaşları olan yüksək vəzifəli siyasətçilərin, məmurların və menecerlərin ölkə hüdudlarına daxil olmasına qadağa qoymağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Birləşmiş Krallığın Daxili İşlər Nazirliyi Rusiyanın bütün regional və federal nazirlərini, o cümlədən iri şirkətlərin direktorlarını və yüksək vəzifəli menecerlərini “qara siyahıya” daxil edəcək.
Məhdudlaşdırıcı tətbirlərin eyni zamanda, federal və dövlət qurumları və agentliklərinin yüksək vəzifəli məmurlarına, enerji və maliyyə sektoru şirkətlərinin rəhbərliyinə, həmçinin Rusiyanın Kütləvi İnformasiya Vasitələrinin rəhbərlərinə şamil olunacağı vurğulanır.