...

Almaniyanın Ümum Daxili Məhsulu azalıb

Dünya xəbərləri Materials 25 Fevral 2025 14:31 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

2024-cü ilin dördüncü rübündə Almaniyanın ümum daxili məhsulu (ÜDM) əvvəlki üç ayla müqayisədə 0,2 faiz azalıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri hesabat hazırlayıb.

Hesabata görə, Almaniyanın istehlak xərcləri oktyabr-dekabr aylarında öncəki rüblə müqayisədə 0,1 faiz, dövlət xərcləri isə 0,4 faiz artıb. Əsas kapitalda ümumi investisiyaların həcmi 0,4 faiz artıb.

Bununla yanaşı, ixrac həcmi dördüncü rübdə 2.2 faiz azalıb, idxal həcmi isə 0,5 faiz çoxalıb.

İllik ifadədə Almaniyanın ÜDM oktyabr-dekabr aylarında 0,2 faiz azalıb ki, bu da analitiklərin verdiyi proqnozlarla üst-üstə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti