...

Latviyanın müdafiə büdcəsi ÜDM-in 5 faizinə yüksələcək

Dünya xəbərləri Materials 26 Fevral 2025 07:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın illərdə Latviyanın müdafiə büdcəsi ÜDM-in 4 faizinə, 2028-ci ilə qədər isə 5 faizinə yüksələcək.

Trend xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviç Varşavada Polşa Prezidenti Andjey Duda ilə görüşü zamanı bəyan edib.

"Latviya da Polşa kimi müdafiəyə ciddi vəsait ayırır. Ölkə müdafiə xərclərində ÜDM-in 4 faizinə, 2028-ci ildə isə 5 faizinə çatmaq niyyətindədir", – Rinkeviç bildirib.

Bununla belə, Latviya Prezidenti qeyd edib ki, "faiz göstəricilərindən çox, real müdafiə imkanları vacibdir".

O, həmçinin ümid etdiyini bildirib ki, bütün NATO ölkələri ÜDM-in ən azı 3,5 faizi həcmində müdafiə xərcləmələrinin yeni səviyyəsinə razılaşacaqlar: "Bu, müzakirə olunmalı məsələlərdən biridir. Birbaşa təhlükə altında olan ölkələr müdafiə xərclərini artırmağı düşünməlidirlər".

Xəbər lenti

Xəbər lenti