...

ABŞ Ali Məhkəməsi USAID maliyyə yardımlarının bərpası ilə bağlı aşağı instansiya məhkəməsinin qərarını ləğv edib

Dünya xəbərləri Materials 28 Fevral 2025 19:48 (UTC +04:00)
ABŞ Ali Məhkəməsi USAID maliyyə yardımlarının bərpası ilə bağlı aşağı instansiya məhkəməsinin qərarını ləğv edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bir müddət əvvəl ABŞ Ali Məhkəməsinin sədri Con Roberts Donald Tramp administrasiyası üzərinə USAID-in dondurulmuş vəsaitlərinin azad edilməsi öhdəliyi qoymağa çalışan federal hakimin qərarını ləğv etmişdi.

Trend xəbər verir ki, amerikalı yazıçı Rod. D.Martin belə bir addımın səbəbini öz “X” səhifəsində izah edib.

“Dairə hakimi-demokrat maliyyə diktatoru rolunu oynamağa çalışaraq, vergi pulları üzərində sərəncam verilməsinə növbəti dəfə məhkəmə yolu ilə qadağa qoymağa çalışıb”, - deyə Martin yazır.

Onun sözlərinə görə, Trampın komandası bununla əlaqədar əvvəl apellyasiya məhkəməsinə baş vurub. Amma orada istədikləri nəticəni əldə edə bilməyiblər və bu dəfə birbaşa olaraq Ali Məhkəməyə üz tutublar və sədr Roberts mübahisəsiz şəkildə federal məhkəmənin çıxardığı qətnaməni qüvvədən salıb.

“Apellyasiya məhkəməsi bəyan edib ki, federal hakim Əmir Əlinin qərarları "mübahisələndirilə bilməz". Federal hakimlər nə vaxtdan krallara çevriliblər və onların qərarları mübahisə oluna bilməz?!”, – deyə Martin vurğulayıb.

O, Ali Məhkəmənin belə bir mövqe ilə razılaşmadığını diqqətə çatdırıb.

Yazıçının fikrincə, Ali Məhkəmənin sədri mesaj verir ki, aktivist-hakimlər icra hakimiyyətinin işinə qarışmamalıdırlar.

“Roberts artıq aşağı instansiya məhkəmələrini məhkəmə qadağalarından sui-istifadə halları ilə bağlı xəbərdar etmişdi. İndi isə o, sadəcə danışmır, konkret addımlar atır. Əgər o, hakimin haqlı olduğunu düşünsəydi, heç nə etməyə də bilərdi. Lakin dərhal müdaxilə etdi. Bu, ciddi bir siqnaldır”, – deyə Martin bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti