...

İsrail Qəzzada atəşkəsin uzadılmasına dair Uitkoffun planını qəbul edib

Dünya xəbərləri Materials 2 Mart 2025 04:05 (UTC +04:00)

Bakı. Trend:

İsrail ABŞ-ın xüsusi elçisi Stiven Uitkoffun Ramazan və Pasxa bayramlarında Qəzza zolağında müvəqqəti atəşkəs təklifini qəbul edib.

Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun mətbuat xidməti bildirib.

Mətbuat xidməti qeyd edib ki, HƏMAS hərəkatı “hələ də bu plandan imtina edir”.

"İsrail ABŞ prezidentinin elçisi Uitkoffun Ramazan və Pasxa bayramlarında müvəqqəti atəşkəs planını qəbul edib. Bu planın həyata keçirildiyi ilk gündə girovların diri və ölü yarısı azad ediləcək, sonda isə daimi atəşkəs haqqında razılıq əldə olunarsa, qalan girovlar diri və ölü azad ediləcək", - deyə qeyd olunub.

Bildirilib ki, Uitkoff “hazırkı mərhələdə müharibəni bitirmək üçün tərəflərin mövqelərini bir-birinə yaxınlaşdırmağın mümkün olmadığını və daimi atəşkəs haqqında danışıqlara əlavə vaxt lazım olduğunu nəzərə alaraq atəşkəsin uzadılması planını təklif edib”. İsrailin baş nazirinin mətbuat xidmətindən əlavə edilib ki, əgər "HƏMAS mövqeyini dəyişərsə" və Amerikanın xüsusi nümayəndəsinin təklifini qəbul edərsə, İsrail "Uitkoff planının bütün detalları ilə bağlı dərhal danışıqlara başlayacaq"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti