...

ABŞ İsrailə 4 milyard dollarlıq hərbi yardımı sürətləndirəcək

Dünya xəbərləri Materials 2 Mart 2025 05:51 (UTC +04:00)
ABŞ İsrailə 4 milyard dollarlıq hərbi yardımı sürətləndirəcək

Bakı. Trend:

ABŞ hakimiyyəti İsrailə təxminən 4 milyard dollarlıq hərbi yardımın çatdırılmasını sürətləndirəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib.

"Mən İsrailə təxminən 4 milyard dollarlıq hərbi yardımın çatdırılmasını sürətləndirmək üçün fövqəladə səlahiyyətlərdən istifadə etmək üçün bəyannamə imzaladım", - deyə dövlət katibi bildirib. Qeyd edilib ki, bu sərəncamla keçmiş ABŞ prezidenti Co Bayden administrasiyası tərəfindən İsrailə müəyyən növ silah satışına qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

Bildirilib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası 2025-ci il yanvarın 20-dən etibarən İsrailə ümumilikdə 12 milyard dollarlıq silah və hərbi texnika satışını təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti