Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Ukraynaya bütün hərbi yardımı dayandırmağı əmr edib.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndəsinə istinadən xəbər verib.
Məlumata əsasən, Kiyev sülhə xoş niyyətli sadiqliyini nümayiş etdirənə qədər ABŞ Ukraynaya bütün hazırkı hərbi yardımı dayandırır.
Mənbə Trampın müdafiə naziri Pit Heqsetə silah satışını dayandırmağı əmr etdiyini bildirib.
Bildirilib ki, hazırda Ukraynada olmayan bütün ABŞ hərbi texnikası, o cümlədən təyyarə və gəmi ilə daşınan silahlar və Polşada tranzit zonalarda gözləyənlər də dayandırılacaq.