...

Tusk Rusiya sərhədlərində Avropanın hərbi iştirakını artırmağa çağırıb

Dünya xəbərləri Materials 6 Mart 2025 18:45 (UTC +04:00)
Tusk Rusiya sərhədlərində Avropanın hərbi iştirakını artırmağa çağırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Polşanın baş naziri Donald Tusk Rusiya sərhədlərində Avropanın hərb iştirakını artırmağa çağırıb.

Trend bu barədə xarici KİV-ə istinadla məlumat yayıb.

Tusk Brüsseldə keçirilən Avropa İttifaqı liderlərinin zirvə toplantısı ərəfəsində jurnalistlərə verdiyi açıqlamada bu istiqamətdə də müzakirələr aparacaqlarını vurğulayıb. O, Avropanın birlikdə daha güclü olduğunu diqqətə çatdırıb.

“Avropa bütövlükdə Rusiya ilə istənilən hərbi, maliyyə, iqtisadi qarşıdurmadan qalib ayrıla bilər. Biz sadəcə daha güclüyük. Biz sadəcə buna inanmağa başlamalıyıq. Və bu gün bunun əlamətləri artıq görünür”, - baş nazir əlavə edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti