...

İsrailin siyasi rəhbərliyi Qəzza zolağında hərbi əməliyyatları bərpa etməyə hazırlaşır

Dünya xəbərləri Materials 8 Mart 2025 22:34 (UTC +04:00)
İsrailin siyasi rəhbərliyi Qəzza zolağında hərbi əməliyyatları bərpa etməyə hazırlaşır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Baş nazir Benyamin Netanyahunun başçılıq etdiyi İsrailin siyasi rəhbərliyi orduya Qəzza zolağında hərbi əməliyyatların bərpasına dərhal hazırlaşmağı əmr edib.

Trend xəbər verir ki, bu barədə "Kan" radiostansiyası məlumat yayıb.

Məlumatda qeyd olunub ki, HƏMAS hərəkatı ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoffun sülh planını həyata keçirməkdə maraqlı deyil və danışıqlar dalana dirənib.

Xəbər lenti

Xəbər lenti